Nikah yaşı

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10-cu maddəsinə görə nikah yaşı 18 yaşdır.

Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Erkən nikah 18 yaşdan kiçik olan  uşaq və ya yeniyetmələrin evlənməsidir.

 

Nikahın bağlanma şərtləri 

Ailə Məcəlləsinin 11-ci maddəsinə görə nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir.

Azərbaycan mədəniyyətində, dini dəyərlərdə, qanunvericilikdə  məcburi nikah yol verilməzdir. Vətəndaş (istər qadın, istərsə də kişi) heç bir halda yəni yetkinlik yaşına çatmadığı və digər yaşlarda belə nikaha məcbur edilə bilməz.

Erkən nikahlar

Erkən nikah yaşı 18-dən az olan  uşaq və ya yeniyetmələrin evlənməsidir. 18 yaş uşaqların müdafiəsi baxımdan, 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyən edilmiş son yaş həddidir.

Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.

Üzürlü səbəblər olduqda,(uzunmüddətli işgüzar səfərlər, daimi yaşayış üçün getmə, ümumi uşaqlar, nikaha daxil olan qadının hamiləliyi, nikaha daxil olmaq istəyənlərin və ya onların qohumlarının ciddi xəstəliyi) nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Ümumən erkən nikahların baş vermə səbəbləri:

}  Mədəni və dini bəraət qazandırma - ənənəvi olaraq zorakılıq faktının qəbul edilməsi və ona adi hal  kimi yanaşılması, eyni zamanda minimum yaş həddinin dini ehkamlarla tənzimlənməsi.

}  Qızların əxlaqının qorunması baxımından erkən nikahların əsas rol oynaması streotipinin hələ də üstünlük təşkil edilməsi.

}  Iqtisadiyyat və yoxsulluq – valideynlər tərəfindən uşağın təbii ehtiyaclarının ödənilməməsi və lazımi iqtisadi vasitələrlə təminatın həyata keçirilməsinin çətinliyini bəhanə gətirərək. 

}  Bəzi hallarda cinsi, fiziki və gərgin psixoloji vəziyyətdən çıxış kimi erkən nikahlara üstünlük verilir.

}  Valideynlərdə qızların evdə qalma qorxusu.

ERKƏN NIKAHLAR- cəza tədbirləri

Maddə 152. On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə

152.1. On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə —

  • üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

152.2. Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə —

  • üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

152.3. Bu Məcəllənin 152.1 və ya 152.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə —

  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 176-1. Qadını nikaha daxil olmağa məcbur etmə

176-1.1. Qadını nikaha daxil olmağa məcbur etmə —

  • iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

176-1.2. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə —

üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.