Gender Komissiyaları haqqında məlumat

 

Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsi Almaniya Əməkdaşlıq Təşkilatı (GİZ) ilə birgə 2012-ci ildən etbarən qadınların ictimai həyatda iştirakının və fəallığının artırılması və gücləndirilməsi, eyni zamanda yerli özünü idarəetmədə-bələdiyyələrdə gender yönümlü idarəetməni təmin etmək məqsədilə bir sıra layihələr həyata keçirir.

     Birgə həyata keçirilən “Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə Proqramı” çərçivəsində 2020-ci ildə Respublikanın 15 rayon və şəhərində Bələdiyyələrdə Gender Komissiyaları yaradılmışdır. Gender Komissiyasının yaradılmasında əsas məqsəd bələdiyyələrin gender məsələlərinə həssaslığının artırılması, bələdiyyələrdə gender problemləri ilə bağlı sistemli və əlaqələndirilmiş işin aparılmasıdır.   Həmçinin kənd və qəsəbələrdə yaşayan əhalinin , xüsusilə qadınların gender problemləri ilə bağlı   müraciətlərinin daha asan əlçatanlığının   təmin edilməsidir.

 

Gender Komissiyalarının siyahısı

S/s

Şəhər, rayon

Bələdiyyənin adı

Bələdiyyə sədrinin soyadı, adı, atasının adı

1. XətaiXətai
Vəliyev Elşad Vilayət oğlu
2. NəsimiNəsimi
Zeynalov Əziz Fərrux oğlu
3. Səbail
Səbail
Əliyev Hacı Nurəddin oğlu
4. Yasamal
Yasamal
Məmmədov Tahir İlyas oğlu
5. Binəqədi
M.Ə.Rəsulzadə
Hüseynov Hümbət Rəhim oğlu
6. Qaradağ
Lökbatan
Əhmədov Rasim Rəsul oğlu
7. Sabunçu
Bakıxanov
Nəsibov Ramiz Paşa oğlu
8. Sumqayıt
Sumqayıt
Əsədоv Sultаn Misir оğlu
9. Mingəçevir
Mingəçevir
Əliyev Ramiz Salman oğlu
10. Şirvan
Şirvan
Muradov Kürdoğlu Barat oğlu
11. Abşeron
Xırdalan
Musayev Orxan Elxan oğlu
12. Ağcabədi
Ağcabədi
Rəhimova Solmaz Cəlal qızı
13.Ağdaş
Ağdaş
Qarayev Qalib Aslan oğlu
14.Bərdə
Bərdə
Xəlilov Sadiq Vaqif oğlu
15.Tərtər
Tərtər
Vəliyeva Tünzalə Vəli qızı

2021-ci ildə də 15 bələdiyyədə gender komissiyasının yaradılması nəzərdə tutulmuşdur.