Uşaq və Ailələrə Dəstək
Mərkəzləri
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
tabeliyində (strukturuna daxil deyil) 11 rayonda (Ağdam, Göygöl, İsmayıllı,
Zaqatala, Qəbələ, Zərdab, Saatlı, Sabirabad, Hacıqabul, Goranboy, Bakı şəhəri Xəzər rayonu) Uşaq və Ailələrə
Dəstək Mərkəzləri fəaliyyət göstərir. Mərkəzlərin ümumi istiqaməti icmada risk
qrupundan olan qadınlar və ailələrlə sosial iş, uşaqların internat müəssisələrinə
düşməsinin, təhsildən yayınmasının, erkən nikah, məişət zorakılığı, insan
alveri hallarının qarşısının alınması, gender bərabərliyi mədəniyyətinin təbliği,
yeniyetmələrin təhlükəli yaş dövründə
asudə vaxtının təşkili və digər sosial problemlərlə bağlı qabaqlayıcı tədbirlərin,
monitorinqlərin, araşdırmaların maarifləndirmə tədbirlərinin həyata keçirilməsindən
ibarətdir.