Məişət zorakılığı ilə bağlı məlumat bankı
Qanunvericiliyə əsasən Dövlət
Komitəsi tərəfindən Məişət zorakılığı ilə bağlı məlumat bankı yaradılmışdır. Məlumat
bankında baş vermiş məişət zorakılığı halları, məişət zorakılığı halları ilə
bağlı dövlət orqanlarına müraciət etmiş şəxslər, məişət zorakılığı halları ilə
bağlı aparılmış araşdırmalar və araşdırmaların nəticələri, məişət zorakılığı
halları ilə əlaqədar məsuliyyətə cəlb edilmiş şəxslər, məhkəmə qərarları, o
cümlədən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış
şəxslər, eləcə də valideynlik hüquqları bərpa edilmiş və ya valideynlik
hüquqlarının məhdudlaşdırılması ləğv edilmiş şəxslər, akkreditə edilmiş yardım
mərkəzləri, onların fəaliyyəti barədə və digər məlumatlar toplanır və təhlil
olunur.