Gender büdcəsi
"Gender büdcəsi" iqtisadi asılığının aradan qaldırılması, maliyyə vəsaitlərinin cinslərin rifahı naminə səmərəli bölüşdürülməsinin zəruriliyi ilə şərtləndirilmiş yanaşmadır. Maddi resursların ədalətli paylanmasının əhəmiyyətindən irəli gələn bu yanaşma , cinslər mənsubiyyət əsasında qeyri-bərabər vəziyyətin sosial nəticələrinin aradan qaldırılmasına yönəlir. Gəlirlərin və xərclərin gender prizmasından ədalətli bölüşdürülməsi sosial-iqtisadi bərabərsiziyin aradan qaldırılması ilə yanaşı , həmçinin büdcənin şəffaflığının və səmərəliliyinin artırılması nöqteyi-nəzərindən önəmlidir.
Gender büdcəsinin tətbiq edilməsi üçün addımlar:
1-ci addım – milli büdcə sisteminin hüquqi, iqtisadi və təşkilati əsaslarının bu istiqamətdə təkmilləşdirilməsi
2-ci addım – vəzifələrin formalaşdırılması bərabər hüquqlar və bərabər vəzifələrin formalaşdırılmasını təmin etmək üçün resursların cinsi bölgüyə uyğun bölünməsi
3-ci addım – informasiya toplanmasi: beynəlxalq və milli qanunvericilik, büdcə layihələri və büdcə icrası hesabatları, statistik və sosioloji informasiyalar
4-ci addım – büdcənin xüsusən sosial xərclərin cari, ortamüddətli və uzunmüddətli perspektivdə gender ekspertizasi
5-ci addım– maliyyələşmə mənbələri, büdcə ayırmalarının əsaslandırılması və büdcənin yeni tərtibatı haqqında əsaslandırılmış tövsiyyələrin formalaşdırılması