"Gender"
Nədir?
Müasir
dövrdə yeni yaranan elmlər sırasında «Gender» xüsusi əhəmiyyətə malikdir. Bu
elmi istiqamət XX əsrin 70-ci illərində Qərbi Avropada meydana gəlmişdir.
«Gender» ingilis sözü olub, mənaca tərcümədə «soy», «cins» deməkdir. Azərbaycanda
bu elmi istiqamət XX əsrin sonlarında yaranmışdır. Qapalı sistemdən açıq
sistemə keçid dövrü, eləcədə demokratik cəmiyyət qurulucuğu zamanı insan hüquq
və azadlıqları həmişə önəmli məsələ kimi ictimayyətin qarşısında durmuşdur.
Cinsindən asılı olmayaraq bütün insanların fəal şəkildə vətəndaş cəmiyyətinin
qurulmasında iştirak etməsi çox vacib amillərdən biridir. Qadınların da
kişilərlə bərabər olaraq qərarların qəbul edilməsi prosesində iştirak etməsi,
ictimai-siyasi həyatda fəaliyyət göstərməsi, rəhbər vəzifələrə irəli çəkilməsi
cəmiyyətdə yaranmış disbalansı aradan qaldırılmasına gətirib çıxarar və
beləliklə, insanlara cinsinə görə deyil, onların imkan və bacarıqlarına görə
qiymət verilər.
Cəmiyyətdə kişi və ya qadın olmaq yalnız bu və ya digər anatomik xüsusiyyətlərə
sahib olmaq deyil, həm də cəmiyyət tərəfindən müəyyən edilmiş bu və ya digər
gender rolunu icra etmək deməkdir.
Gender - qadın və kişinin cəmiyyətdəki sosial rolunu və vəziyyətini təyin edən
sosial model kimi cəmiyyət tərəfindən təşkil edilir. Bütün bu fikirləri nəzərə
alıb, «Genderə» belə
tərif vermək olar ki, gender qadın və kişilərin sosio-mədəni mühitdə qarşılıqlı
münasibətlərini öyrənir.
Gender mədəniyyəti şüurun, münasibətin, davranışın, əxlaqın müasir tələblərə
uyğun dəyişməsi , cinsindən asılı olmayaraq insanların bütün sahələrdə
hüquqlarının eyni dərəcədə bərabər əsasda həyata keçirilməsidir.
Genderşünaslıq cəmiyyətdə cinslərin qarşılıqlı münasibətini, bərabərliyini
və ahəngdar fəaliyyətini öyrənən yeni
dünyagörüşüdür.
Gender bərabərliyi əsasında məşğulluq stukturunun
formalaşması, qeyri-ənənəvi əmək bölgüsü, sosial sərvətlərin ədaləti paylanması,
hakimiyyətə yiyələnmək imkanlarının genişləndirilməsi ictimai şüurun və
insanlararası münasibətlərin köklu surətdə dəyişməsinə gətirib çıxara bilər. Bu
isə, öz növbəsində, ümumiyyətlə, cəmiyyətin demokratik prinsiplər əsasında tərəqqisini
şərtləndirən amildir.
İnkişaf etmiş və sürətlə inkişaf etməkdə olan ölkələrin təcrübəsi göstərir ki, iqtisadi tərəqqi və yüksək həyat səviyyəsi, bir tərəfdən qadınların peşəkarlığının yüksələməsinə, digər tərəfdən- cəmiyyətin qadın əməyinə tələbatının artmasına səbəb olur.