Yarışı yüksək səviyyədə keçirən azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyeva 10 turda ümumilikdə 8,5 xal toplayaraq, Avropa çempionatının qızıl medalına layiq görülüb. O, şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşdü.