Details
  • 08 Sentyabr 2023

Pekin Bəyannaməsi və Fəaliyyət Platforması

4 sentyabr 1995-ci ildə dünyanın 189 ölkəsinin iştirakı ilə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Pekin Bəyannaməsi və Fəaliyyət  Platforması qəbul edilmişdir.

28 il bundan öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin səyi nəticəsində Azərbaycan Qadınları Pekin Konfransında 25 hökumət və 70 QHT nümayəndəsi ilə birgə yüksək səviyyədə təmsil olunmuşdur.

Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dünya qadınlarının hüquqlarının qorunacağını, sülhə və gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan etmişdir.

Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasından ibarətdir.

Details