7 iyun 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Aytəkin Hacıyeva Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün “Gender və insan hüquqları” mözusunda onlayn təlim keçirib. Təlimdə gender məsələləri, insan hüquqları, erkən nikahlar, onların baş vermə səbəbləri və qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, mövcud beynəlxalq və milli qanunverilik aktları barədə məlumat verilib. Təlimdə 30 nəfər iştirak edib.