Details
  • 16 Noyabr 2022

"Gender ayrı-seçkiliyinin aradan qaldırılması–Azərbaycan nümunəsi” mövzusunda vebinar

Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı və UNESCO-nun Əddis-Əbəbədəki ofisinin birgə təşkilatçılığı ilə “Böhranlar şəraitində gender ayrı-seçkiliyinin, təlim və tədrisdə bərabərsizliklərin aradan qaldırılması – Azərbaycan nümunəsi” mövzusunda keçirilən vebinarda Ailə, Qadın , Uşaq Problemləri üzrə Dövlət Komitəsini təmsil edən Qadın Problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Xumar İlqarqızı “Gender bərabərliyi və təhsildə qadınlar” mövzusunda çıxış edərək ölkəmizin gender bərabərliyi sahəsindəki təcrübəsini Afrika ölkələri ilə bölüşüb. Vebinarda Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında müvəqqəti işlər vəkili Ruslan Nəsibov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı Direktoru Rəvan Həsənov, Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva və digərləri çıxış edib.

Details