Details
  • 10 Yanvar 2024

Milli Məclisin plenar iclasında gender bərabərliyi ilə bağlı 2022-ci il üzrə məlumat dinlənilib

19 dekabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin plenar iclasında gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2022-ci il üzrə məlumatla çıxış edib.

Məlumat, “Gender bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə uyğun olaraq, 3 əsas istiqaməti əhatə edib:

1. Gender bərabərliyinin təmin edilməsilə bağlı dövlət siyasətinin əsas istiqamətləri və dövlətin vəzifələri;

2. Gender bərabərliyinin müxtəlif sahələr üzrə təminatı;

3. Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində əldə edilmiş nəticələr, qarşıya qoyulan vəzifələr və tövsiyələr.

Məlumat dinlənildikdən sonra müzakirə edilib və səs çoxluğu ilə qəbul edilib.

Details