Details
  • 16 May 2024

Bələdiyyələrdə yaradılmış gender komissiyalarında seminarlara start verilib

Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirməsi üzrə seminarlara başlanılıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi üzrə seminarlara start verib.
Seminarların keçirilməsinin məqsədi ölkənin regionlarında bələdiyyələrin gender komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi, yerli idarəetmədə gender bərabərliyi prinsipinin təşviqi və qadınların təmsilçiliyinin gücləndirilməsi, eyni zamanda məişət zorakılığının qarşısının alınması istiqamətində məlumatlılığın artırılmasıdır.
İlk seminarlar Saatlı və Sabirabadda 14,15 may tarixlərində ekspert Abil Bayramov tərəfindən keçirilib.
Qeyd edək ki, seminarların 2024-cü il ərzində Quba, Qusar, Şamaxı, İsmayıllı, Tovuz, Gədəbəy, Biləsuvar, Masallı rayonlarında da keçirilməsi nəzərdə tutulub.

Details