“Qadınların hüquqlarının və səlahiyyətlərinin artırılmasında QHT-lərin rolu” mövzusunda keçirilən tədbirdə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova çıxış edərək, son illər qadın hərəkatının daha da gücləndiyini və bu sahəsinin dövlət tərəfindən daim diqqət mərkəzində saxlandığını qeyd edib.
Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyevanın moderatorluğu ilə keçirilən tədbirdə qonaq ölkələrin qeyri-hökumət təşkilatlarının iştirakı ilə interaktiv panel müzakirələri təşkil edilib. Müzakirələrdə məişət zorakılığı, insan alveri ilə yanaşı müharibələrdə zərərçəkmiş, itkin düşmüş, mina təhlükəsi ilə üz-üzə qalmış qadın və qızların hüquqlarının müdafiəsi barədə fikirlər səsləndirilib. Müasir dövrdə erkən nikah, təhsil problemləri, qız uşaqlarının təhsildən yayındırılmasına qarşı cəmiyyətlərdə sosial müqavimət alətlərinin formalaşdırılması yollarının axtarılması kimi vacib mövzular üzrə fikir mübadiləsi aparılıb.