Details
  • 22 Noyabr 2023

"Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi” üzrə Konfransı yekunlaşıb

Qoşulmama Hərəkatının "Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi” üzrə Konfransının işinə yekun vurulub
Panel müzakirələr bitdikdən sonra Konfrans başa çatıb.
Yekun nitqi ilə çıxış edən Komitə sədri Bahar Muradova, bu Konfransla QH-nın Qadın Platformasının yaradılması istiqamətində ilk addımın atıldığını qeyd edib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elan etdiyi təşəbbüs çərçivəsində 40-a yaxın ölkənin və bir sıra beynəlxalq təşkilatın yüksək səviyyəli qonaqlarının iştirakı ilə baş tutan Konfransın keçirildiyi iki gün ərzində iştirakçı ölkələrin nümayəndələrinin fərqli baxış və təcrübələrinin, təkliflərinin dinlənildiyini, eyni zamanda qadın hüquqları ilə bağlı iki yan tədbirin keçirildiyini vurğulayıb.
Komitə sədri, ilk günün sonunda qəbul edilən Bakı Bəyannaməsi ilə qarşıya qoyulan məqsədlərə çatmaq üçün Hərəkata üzv ölkələrin yaxın tərəfdaşlar kimi qadın hüquqlarının inkişafı və qadın iştirakçılığının artırılması sahəsində birgə fəaliyyət göstərəcəyinə inamını ifadə edib.
Konfransın panel sessiyalarına diqqət çəkən sədr, müzakirə edilən məsələlərin olduqca aktual olduğunu söyləyib. Eləcə də müzakirələrin qarşıya qoyulan məsələlərin həlli istiqamətində vacib faktor olduğunu qeyd edib, qadın və qızların hüquqlarının daha da artırılması, yüksək səviyyələrdə iştirakçı və ya təmsilçi kimi formalaşması istiqamətində səylərin davam etdiriləcəyini diqqətə çatdırıb.
Çıxışının sonunda bütün tədbir iştirakçılarına dəyərli töhfələrinə görə minnətdarlığını bildirən sədr, Konfransın başa çatdığını elan edib.

Details