Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Sumqayıt, Xaçmaz, Masallı, Füzuli və Biləsuvar Qadın Resurs Mərkəzlərində “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması, selektiv abortlar” mövzusunda maarifləndirici görüşlər keçirilib.
Tədbirdə ekpert qismində mama-ginekoloq həkimlər tərəfindən reproduktiv sağlamlıq, reproduktiv sistem, onun funksiya və proseslərinə aid olan məsələlər, selektiv abortların gətirdiyi mənfi nəticələr və törətdiyi fəsadlar barədə ətraflı məlumatlar verilib. Həmçinin ailə planlaşdırılması zamanı lazımı analizlər, yoluxucu xəstəliklər barədə ətraflı danışılıb.
İnteraktiv şəkildə keçən görüşlərdə iştirakçıların sualları ekspertlər tərəfindən cavablandırılıb.