Details
  • 11 İyul 2024

"İş yerində zorakılıq və qısnama" mövzusunda təlim keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Gender əsaslı peşə ayrı-seçkiliyinin aradan qaldırılması üzrə" gender məsələləri üzrə məsul şəxslər üçün "İş yerində zorakılıq və qısnama" mövzusunda təlim keçirilib.

24- 25 iyun 2024-cü il tarixlərini əhatə edən təlimlər Dünya Bankının icra etdiyi Azərbaycan üçün Çevik Texniki Yardım Aləti çərçivəsində baş tutub.

Təlimçi Şəmsiyyə (Şəms) Mustafayeva tərəfindən aparılan təlim proqramı “Əməyin təhlükəsizliyi və sağlamlığı”, “İş yerində zorakılıq və qısnama mövzularına gender yanaşmasının təqdimatı”, “İş yerində zorakılıq və qısnamanın miqyası, növləri; fərdlərə, təşkilatlara və cəmiyyətə təsiri barədə məlumatın artırılması”, “İş yerində zorakılıq və qısnama ilə mübarizədə effektiv alətlərin təqdimatı və işəgötürənlərin rolu haqqında təsəvvürlərin genişləndirilməsi” mövzularını əhatə edib.

Details