Details
  • 06 Fevral 2024

Qadınların seçkilərdə fəallığının yüksəldilməsi məqsədilə regionlarda görüşlər keçirilirmişdir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Gəncə şəhəri və Samux rayonunda qadın seçicilərlə görüşüb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mərkəzi Seçki Komissiyası ilə birgə əməkdaşlığı çərçivəsində keçirilən görüşlərdə 101 saylı Samux-Şəmkir seçki dairəsinin nümayəndəsi Nuranə Həsənova, 38 saylı Gəncə dairə seçki komissiyasının sədri İbrahim Cəfərov, “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva iştirak ediblər.

Çıxışlar zamanı seçicinin hüquq və vəzifələri, seçki prosesində iştirak etmək üçün lazım olan prosedur qaydaları, qadınların seçkilərdə fəallıqlarını daha da artırması üçün imkanlar barədə ətraflı məlumat verilib, Prezident seçkilərində qadınların aktiv iştirak etməsinin vacibliyi qeyd olunub.

Sədr müavini S. Qəhrəmanova çıxış edərək, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qərarqəbuletmədə təmsilçiliyin artırılmasının dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb. O, fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində qadınların hər bir ölkə vətəndaşı kimi seçici hüquqlarından və vəzifələrindən səmərəli istifadə edəcəyinə inamını ifadə edib.

Details