Details
  • 03 Avqust 2023

“Qadınların Gücləndirilməsi Prinsipləri (WEP)” mövzusu üzrə təlim keçirilib

12 iyul 2023-cü il tarixində BMT-nin İnkişaf Proqramının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Cənubi Qafqazda qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihəsi çərçivəsində İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi, Avstriya İnkişaf Agentliyi tərəfindən maliyyələşən “Qadınların Gücləndirilməsi Prinsipləri (WEP)” adlı təlim keçirilib.

Təlimdə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya çıxış edib.

Layihə çərçivəsində 20 özəl şirkət “Qadınların Gücləndirilməsi Prinsipləri”ni qəbul edib. Təlimdə “işdə qadınlar və kişilər üçün bərabər imkanlar”, “inklüzivlik və ayrı-seçkiliyin olmaması”, “sağlamlıq və təhlükəsizlik” prinsipləri müzakirə edilib, həmçinin nəzəri məlumatlar təqdim olunub və mövcud dünya təcrübəsindən nümunələr paylaşılıb.

 Təlimdə BMTİP-nin Proqram Direktoru Leyla Fəthi, Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva, Gürcüstandan olan ekspertlər çıxış edib.

Details