Details
  • 28 Avqust 2023

Azərbaycan cüdo tarixində bir ilk

Azərbaycanın qadın cüdoçusu Xədicə Qədəşova Xorvatiyanın paytaxtı Zaqrebdə tarixi bir nəticəyə imza atıb.
O final görüşündə Fransa təmsilçisi Alisya Pulanjı məğlub edərək, yeniyetmələr arasında dünya çempionatında qızıl medal qazanıb.
52 kiloqram çəki dərəcəsində bütün rəqiblərini üstələyərək qızıl medal qazanan cüdoçumuz, Azərbaycan cüdo tarixinə də adını qızıl hərflərlə yazdırıb.

Details