Details
  • 06 Fevral 2024

Qadınların seçkilərdə fəallığının yüksəldilməsi məqsədilə regionlarda görüşlər davam etdirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mərkəzi Seçki Komissiyası ilə birgə əməkdaşlığı çərçivəsində Yevlax rayonu Xanabad kənd orta məktəbində keçirilən görüşdə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova, “Gender və İqtisadiyyat İctimai Birliyi”nin sədri Təranə Kərimova, “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Venera Əsgərova iştirak ediblər.

Görüşdə açılış nitqi ilə çıxış edən 53 saylı Yevlax-Mingəçevir seçki dairəsinin sədri İsrail Bəkirov seçicilərin hüquq və vəzifələri, seçki prosesində iştirak etmək üçün lazım olan prosedur qaydalarından danışılıb, Prezident seçkilərində qadınların aktiv iştirak etməsinin vacibliyi qeyd olunub.

Qadınların ictimai-siyasi həyatın hər bir sahəsində fəallıq nümayiş etdirməsinin vacibliyini vurğulayan Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova, qadınlarımızın vətəndaş hüquqlarından istifadə edərək seçki prosesinə aktiv şəkildə qoşulmalarının vacibliyini qeyd edib, ölkəmizdə keçiriləcək Prezident seçkilərində bütün qadınları fəal olmağa çağırıb.

Details