Gender bərabərliyi  mədəniyyətinin təbliği

 

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.4-cü maddəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq  gender bərabərliyi mədəniyyətinin təbliği göstərilir.

Son onillik ərzində Azərbaycanda gender bərabərliyi mədəniyyətinin təbliği istiqamətində əhəmiyyətli işlər görülüb. Əldə olunmuş nəticələr göstərir ki, ötən əsrlə müqayisədə ictimai həyatın demək olar ki, bütün sahələrində kişilərlə bərabər qadınların fəallığı artmış, onlararasında işsizliyin səviyyəsi azalmışdır. Artıq demək olar ki, kənd və şəhər yerində yaşayan qadınlar təxminən eyni imkanlara malikdir. Əvvəllər qızlar üçün ənənəvi olmayan təhsil sahələrində onların sayı artmaqdadır, erkən yaşda evlilik halları azalıb. Lakin bir sıra ictimai normalar, adətlər gender bərabərliyinin təmin edilməsinə əngəl yaradır. Azərbaycan cəmiyyətində məhz kişi və ya məhz qadın davranışı, maraqları, şəxsi keyfiyyətləri haqqında tarix boyu formalaşmış bəzitəsəvvürlərhələ də mövcuddur.  Bundan ən çox əziyyət çəkən isə qadınlar və uşaqlardır. Bu stereotiplər qadınların insan hüquqlarının, əmək hüquqlarının, reproduktiv hüquqlarının pozulmasına, məişət zorakılığı və erkən nikah hallarının artmasına, qadınların təhsildən yayınmasına, inkişafına, məşğulluğunun azalmasına, ailə planlaşdırılmasına mənfi təsir göstərir.

2016-cı ilin aprel-iyul aylarında “Azərbaycanda Kişilərin gender bərabərliyinə münasibətinə dair” Tədqiqat  aparılıb. Tədqiqat kişilərin gender bərabərliyi, gender rolları və dinamikası, valideynlik və qayğı məsələləri, ev təsərrüfatı daxilində münasibətlərin dinamikası, sağlamlıq (o cümlədən, cinsi və reproduktiv sağlamlıq və hüquqlar) və oğlan uşağına verilən üstünlük məsələləri ilə bağlı təcrübə və münasibətlərini öyrənmək məqsədi daşıyıb. Tədqiqatın keyfiyyət komponentində cinsi və reproduktiv sağlamlıqla (o cümlədən, oğlan uşağına verilən üstünlük) bağlı qərar qəbuletmə, rəsmi və ya qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən edilən zorakılıq, erkən nikah və ailə planlaşdırılması baxımından kişi və qadınların gender rolları, inancları və düşüncələrinin  araşdırılmasına xüsusi diqqət ayrılmışdır. Tədqiqatın nəticələri göstərmişdir ki, gender və gender bərabərliyi ilə bağlı stereotiplər hələ də mövcud olsa da, gender bərabərliyinin təminatları baxımından ölkədə müsbət dinamikanın olduğu müəyyən edilmişdir. Tədqiqatda iştirak etmiş kişi və qadınların böyük bir hissəsi gender bərabərliyinin yetərincə yayıldığını zənn etsə də, əksəriyyət bərabərliyin təşviq edilməsi üçün daha çox işlərin görülməsi qənaətindədir. 

 

Dövlət Komitəsi aidiyyəti dövlət qurumları ilə birgə gender bərabərliyi mədəniyyətinin təbliği, gender stereotiplərinin aradan qaldırılması, insan hüquqları kontekstindən irəli gələrək gender rollarının düzgün izahı istiqamətində əhalinin müxtəlif təbəqələri arasında geniş maarifləndirmə işləri həyata keçirmişdir.

Ø Son beş il ərzində radio, televiziya vasitəsilə qadınların sosial, iqtisadi və siyasi həyatda fəal iştirakının üstünlüklərini (müsbət tərəflərini) göstərməklə, gender üzrə stereotiplərin aradan qaldırılmasının əhəmiyyəti barədə 500-ə yaxın  məlumatlandırıcı verilişlər hazırlanıb. Qəzet və jurnallarda azərbaycan, rus və ingilis dillərində 100-dən çox yazı çap olunub. Dövlət Komitəsinin “facebook”, “youtube” və “twitter” sosial şəbəkələrində bu mövzuda təbliğat xarakterli materiallar yayımlanmış, video çarxlar nümayiş olunmuşdur. “Cəmiyyətdə formalaşmış gender stereotiplərinin aradan qaldırılmasında kütləvi informasiya vasitələrinin rolu” mövzusunda seminarlar və təlimlər keçirilmişdir.

 

Ø “Tolerant cəmiyyətdə gender aspektləri və icmaların rolu”, “Azərbaycanda qadın hüquqları və gender stereotipləri” mövzusunda dövlət qurumlarının, ekspertlərin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə dəyirmi masalar təşkil olunmuşdur.

 

Ø Dövlət Komitəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə müxtəlif əhali qrupları üçün “İslamda qadın zorakılığına münasibət”,“Qadın hüquqlarının qorunmasında dini icmaların rolu” mövzusunda tədbirlər keçirmişdir.

 

Ø Dövlət Komitəsi kütləvi informasiya vasitələrində gender məsələlərinin işıqlandırılması ilə  bağlı son beş ildəiyirmi dəfə monitorinq keçirib. Monitorinqin nəticələri ilə bağlı Milli Mətbuat Şurasına, Azərbaycan Respublikası Milli Tеlеviziyа və Rаdiо Şurаsına rəsmi müraciətlər olunmuş, eyni zamanda jurnalistlərin bu sahədə bilik və bacarıqlarının artırılması üçün təlimlər keçirilmişdir.

 

Ø Dövlət Komitəsi və Avropa İttifaqının TAİEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) proqramının birgə əməkdaşlığı çərçivəsində “Gender problemləri və Media” mövzusunda 2 günlük beynəlxalq seminar keçirilmişdir. Seminar çərçivəsində “Avropa Birliyində gender bərabərliyinin media vasitəsilə təbliği”, “Azərbaycan və Avropa Birliyi ölkələri mediasında qadınların balanslı və stereotiplərdən uzaq təsvirinin ən uğurlu nümunələri”, “Məişət və gender əsaslı zorakılıqlar zamanı qadınların kütləvi mətbuatda balanslı və stereotiplərdən uzaq təsvirinin yaradılmasının təbliği”, “Azərbaycanda kütləvi mətbuatda və kütləvi mətbuat vasitəsilə gender bərabərliyinin təbliği sahəsində atıla biləcək növbəti addımlar” adlı 4 sessiya keçirilib.

 

Ø 2019-cu ilin yanvar ayında Avropa Şurasının və Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Mediada gender bərabərliyi” mövzusunda 3 günlük təlimdə media nümayəndələri və jurnalistika fakültəsinin 4-cü kurs bakalavr, eləcə də magistr və doktorant tələbələri üçün təşkil olunan təlimlər beynəlxalq və yerli ekspertlər tərəfindən aparılıb.

 

Ø  Gender stereotiplərinin aradan qaldırılması üzrə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində aktiv fəaliyyət göstərən jurnalistlərin stimullaşdırılması üçün ildə bir dəfə müsabiqə keçirilir və fərqlənən jurnalistlər mükafatlandırılır.

 

Ø Ali təhsil müəssisələrinin tələbələrinin gender məsələləri ilə bağlı biliklərinin artırılması məqsədi ilə universitetlərin bütün fakültələrində “Genderə giriş” fənni tədris olunur. Bakı Dövlət və Qərbi Kaspi Universitetlərində isə “Gender və tətbiqi psixologiya” kafedrası fəaliyyət göstərir. Universitetlərin bütün fakültələrində “Genderə giriş” fənninin tədris olunması nəticəsindəbakalavr səviyyəsində təhsil alan 17989 nəfər tələbə gender məsələləri ilə bağlı elmi biliklərə yiyələnmişlər. 

 

Ø Dövlət Komitəsi 2018-2019-cu illərdə yuxarı sinif (X-XI siniflər) şagirdləri ilə “Lider qadınların görüşləri”ni təşkil etmişdir. Görüşlərin keçirilməsində məqsəd ölkənin ictimai-siyasi, sosial-mədəni və elmi həyatında öz fəallıqları ilə fərqlənən, rəhbər vəzifələrdə çalışan qadınların şagirdlərlə öz təcrübələrini bölüşməsi və dəyərli tövsiyələrini verməsidir.

 

Ø Gənclər arasında milli-mənəvi dəyərlərin və gender mədəniyyətinin təbliği, onların ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması, eləcə də nümunəvi ailə modellərinin tanıdılması məqsədilə “Ailələrimizi tanıyaq” layihəsi davam etdirilmişdir.

 

Ø Əhalinin maarifləndirilməsi məqsədilə Komitə tərəfindən “Erkən Nikah”, “Gender bərabərliyi”, “Ailədə gender bərabərliyi” və “Reproduktiv sağlamlıq” mövzularında bukletlər hazırlanmış, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə çap edilmiş və əhaliyə paylanılmışdır.

 

Ø Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) birgə təşkilatçılığı ilə “Göyçay rayonunda qadınların məşğulluğuna və mikro sahibkarlıq fəaliyyətinə dəstək göstərilməsi və Qadın Resurs Mərkəzinin yaradılması” layihəsi çərçivəsində “Gender bərabərliyi və insan hüquqları” mövzusunda təlimlər keçirilmişdir. Təlimlərdə 30 qadın iştirak etmişdir.

 

Ø Karantin və sosial izolyasiya müddətində ailənin psixoloji iqliminə, yeniyetmə və gənclərin ailədə şəxsiyyət kimi formalaşmasına təsir edən amillərin müzakirəsi və  ailələrdə gender bərabərliyinin qorunmasına, yaranan psixoloji problemlərin həllinə köməklik göstərilməsi məqsədi ilə Komitə tərəfindən psixoloqların iştirakı ilə valideynlər üçün “Pandemiya dövründə ailələrdə yaranan psixoloji problemlər və onların həlli yolları” mövzusunda onlayn görüş keçirilmişdir.  Onlayn görüşdən ümumilikdə 2600 insan faydalanmışdır.

 

Ø Təhsil Nazirliyinin dəstəyi ilə  “Ailə dəyərlərinin təbliği” adlı  tədbirlər keçirilmişdir. Tədbirlərdən 9 dövlət ali və orta təhsil müəssisələrinin 500 yaxın tələbə, valideyn və müəllim kollektivi yararlanmışdır.

 

Ø Regionlarda Gənclər evləri tərəfindən “Müasir dövrdə ailə dəyərləri”, “Gələcək ailə müasir gənclərin gözündə”, “Gender və reproduktiv sağlamlıq. Erkən nikahlar”, “Dayanıqlı İnkişaf Məqsədlərində gender bərabərliyi məsələsi”, “Erkən nikah və ailədə qız uşaqlarının dəyərinin artırılması”, "Erkən nikah və gender bərabərliyi",  “Qadın və qızların cəmiyyətdə rolunun artırılması”, “Qadın və qızlara qarşı zorakılıqla mübarizə”, "Qadınlara qarşı stereotiplər", “Yarımçıq təhsil, erkən nikah və kəbin” mövzularında təlimlər keçirilmişdir. Ümumilikdə 550 nəfər təlimlərdə iştirak etmişdir.

 

Ø Daxili işlər orqanları tərəfindən insan alverinin, məişət zorakılığının, erkən nikahların qarşısının alınması, uşaq hüquqlarının profilaktikası, hüquqpozmaların və digər zərərli vərdişlərin qarşısının alınması, hüquqi maarifləndirmə, sağlam həyat tərzinin təbliği mövzularında orta-ixtisas və ali təhsil müəssisələrində 350-dən artıq görüş, yığıncaq və konfrans təşkil edilmişdir.

2020-ci ildə də gender amilinin həyata keçirilən bütün siyasət və tədbirlərə daxil edilməsi işi davam etdirilmişdir.

 

Ø FAO və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdiyi 2-ci “Hazırlıq” Readiness layihəsi çərçivəsində hazırlanmış ”Kənd təsərrüfatı və Torpaqdan İstifadə, Torpaqdan İstifadənin dəyişdirilməsi və Meşəçilik sektorlarında Azərbaycanda Milli Səviyyədə Müəyyən edilmiş Töhfələrin icrası üzrə mövcud səylərə dair təhlil” hesabatında kənd təsərrüfatı sektoru ilə bağlı mövcud qanunvericilik və strateji sənədlərdə, adaptasiya siyasət və strategiyalarında gender məsələləri ilə bağlı tövsiyələr öz əksini tapmışdır.

 

İqlim dəyişmələri ilə bağlı milli səviyyədə siyasət və proqramların gender prespektivlərini ehtiva etməsi üçün bir sıra sektoral və ümumi təhlillər həyata keçirilmiş, müvafiq tövsiyə xarakterli sənədlər işlənib hazırlanmışdır. 

 

Ø “Ölkə Proqramı” hesabatının “İqlim dəyişmələri və gender” bölməsində qadın və uşaqların iqlim dəyişikliyinə uyğunlaşma və fəlakət riskinin azaldılması barədə qərar qəbul etmə proseslərində iştirakı və iqlim dəyişikliyi mövzularında məlumatlılığının artırılması üzrə tövsiyələr öz əksini tapmışıdır. Proqram BMT-nin İnkişaf proqramı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdiyi “Yaşıl İqlim Fondu ilə əməkdaşlığa “Hazırlıq” Readiness layihəsi (1-ci)” çərçivəsində hazırlanmışdır.

 

Ø “İqlim Dəyişmələri üzrə 4-cü Milli Məlumatın hazırlanması” layihəsi çərçivəsində Təhsil Nazirliyinin Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi ilə birlikdə mütəmadi olaraq keçirilən vebinarlarda iqlim dəyişmələrinin belə dəyişmələrə daha həssas olan qadın və uşaqlara təsirlərinin fəsadları, həmçinin istilik effekti yaradan qazların konsentrasiyasının məişətdə azaldılmasında qadınların rolu müzakirə olunmaqdadır.