Details
  • 28 Noyabr 2024

#xoşbəxtqadınxoşbəxtgələcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində #xoşbəxtqadınxoşbəxtgələcək şüarı ilə eko çantalar və maarifləndirici vəsaitlər hazırlanıb.
Eko çantalar və maarifləndirici materiallar “Ailəm könüllüləri” tərəfindən əhali arasında paylanılıb, həmçinin onlara kampaniyanın mahiyyəti haqqında məlumat verilib.
Qeyd edək ki, kampaniya 25 noyabr - Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günündən başlayaraq, 10 dekabr – Beynəlxalq İnsan Hüquqları gününədək davam edir. Hər il kampaniya çərçivəsində müxtəlif formatda tədbirlər həyata keçirilir, dünya ictimaiyyətinə qadınlara və qızlara qarşı zorakılığın qarşısını almaq və aradan qaldırmaq çağırışı edilir.

Details