Gender təhsili nədir?

Gender təhsili, xüsusilə də həm qızlara, həm də oğlanlara ünvanlanmışdırsa, müasir cəmiyyətdə gender bərabərliyinin yaranmasına imkan verən müsbət qüvvə ola bilər. Gender stereotiplərini məhdudlaşdıran gender təhsili kişi və qadınların əməkdaşlıq, hörmət ruhunda birgə yaşadığı əsl vətəndaş bərabərliyinə nail olmaqda uşaqlara kömək edir.

Gender təhsili cinslərin rollarına diqqətin cəlb edilməsindən başlanır. Bu, gender stereotiplərinin mənfi təsirinin tanınması və onunla əlaqəli bərabərsizliyin aradan qaldırılmasıdır. Qızlar üçün gender təhsilinin nəticəsi özünə qarşı böyük inam, təkid, müstəqillik və ictimai fəaliyyətdə iştirakdır. Oğlanlar üçün gender təhsilinin nəticəsi isə uğursuzluq qorxusunun aradan qaldırılması, aqressiyaya ilə mübarizə bacarığı, sosiallaşma və məsuliyyət səviyyəsinin yüksəlməsi, şəxsi sferaya daha çox diqqətdir.

Gender təhsilinin mühüm funksiyası faktların rəylərdən ayrılmasıdır. Hadisələrin və ya şəxsi davranışın təhlili ilə uşaqlar bu faktı norma kimi qəbul edərlər ki, qızlar özlərini oğlanlar kimi apara bilər, oğlanlar isə həssas və kövrək ola bilər. Bütün uşaqlar özlərini müxtəlif keyfiyyətlərə malik olan unikal və ali quruluşlu şəxsiyyət kimi qəbul etməlidirlər. Cinsi rollarla bağlı stereotiplər və ənənəvi gözləntilər qızlarda olduğu kimi, oğlanlarda da potensialın reallaşmasına, şəxsiyyətin inkişafına maneçilik törədə bilər.

Gender təhsili – təhsilin müəyyən növləri ilə məhdudlaşdırılmayan fasiləsiz prosesdir. Müəllimlər cinsi rolların stereotipləşməsindən qaçmalı, qızlara və oğlanlara fəaliyyətin istənilən növlərində bərabər imkanlar verməlidirlər. Qızları idmanla məşğul olmağa cəlb etməli, həmçinin oğlanları qayğı göstərmək fəaliyyətinin bütün növlərində iştirak etməyə yönəltməlidirlər. Həm oğlanlar, həm də qızlar xorda iştiraka, rəqslərə, dülgərlik işinə, yeməklərin hazırlanmasına, turist gəzintisinə, şahmat oyununa cəlb edilməlidirlər. Qızlar öz nailiyyətlərinə görə, oğlanlar isə qayğıkeşlik və həmrəylik hisslərinə görə müsbət cavab reaksiyası almalıdırlar. Gender təhsilinin digər mühüm məqsədi ənənəvi qadın fəaliyyəti olan analığın və eləcə də qayğı, diqqət, əməkdaşlıq və dözümlülük kimi keyfiyyətlərin sosial dəyərlərinin tanınmasında uşaqlara yardım etməkdir. Bu tanınma kişilər və qadınlar arasında həqiqi partnyorluğa gətirib çıxarır ki, bu da gender təhsilinin əsas məqsədidir. Beləliklə, uşaqlar öyrənir ki, kişi və qadınların ailəyə və cəmiyyətə töhfəsi eyni qədər vacibdir, qadınlar və kişilər bərabərhüquqludur və eyni məsuliyyəti daşıyırlar. Gender təhsilinin səmərəli olması üçün pedaqoqlar şəxsi gender stereotiplərini tanımalı və öz tədris metodikalarının, qız və oğlanlarla ünsiyyət və əməkdaşlıqlarının gender bərabərliyi ideyalarını hansı dərəcədə əks etdirməsi haqqında düşünməlidirlər.