Ümummilli Lider Heydər Əliyevin  Qadınlar haqqında söylədikləri

 

 

            “Dövlət quruculuğumuzun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, mənəviyyatımızın inkişaf etdirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər”.

 

         “Mən dünyanın çox yerini gəzmişəm, qadınlarını görmüşəm. Fikrim belədir ki, Azərbaycan qadını bütün dünyadakı qadınlardan gözəldir. Bu mənim həqiqi fikrimdir və mən  bütün dünya qadınlarını görəndən sonra bu fikrə gəlmişəm. Ona görə də mən Azərbaycan kişilərinə məsləhət verirəm: qadınları qiymətləndirin, qadınları sevin, heç yerdə, heç bir ölkədə, heç bir millətdə Azərbaycan qadını kimi gözəl qadın tapa bilməyəcəksiniz ”.

 

         “Dünya mədəniyyəti xəzinəsinə nadir inciləri bəxş etmiş Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınlarımızın müstəsna rolu olmuşdur. Böyük fitri istedadı, dərin zəkası və möhkəm iradəsi ilə seçilən Azərbaycan qadınları tariximizin bütün dövrlərində səmərəli fəaliyyət göstərərək, xalqımızın taleyüklü məsələlərinin həll edilməsində öz sanballı töhfələrini vermişlər ”.

 

         “Şair və sənətkarlarımıza ilham verən Azərbaycan qadınları ana dilimizi, adət-ənənələrimizi, xalq yaradıcılığının ən gözəl nümunələrini qoruyub saxlamaqla milli mədəniyyətimizin inkişafında misilsiz rol oynamışam. Həqiqətən bütün Azərbaycan mədəniyyəti əslində həssas qadın qəlbini, qadın zəkasını və nadir qadın müdrikliyini əks etdirən güzgüdür ”.  

 

“ Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət ola bilməz, qadınsız həyat ola bilməz. Azərbaycanda qadınları da öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına görə dünya qadınları içərisində özünəməxsus yer tuturlar. Ona görə də biz qadınlarımızla fəxr edirik”. 

 

            “Əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir ”.

 

            “...cəmiyyətdə qadının təsiri böyükdür. Qadının sözü də çox kəsərlidir. Ona görə çalışın, təbliğ edin ki, kişilər sizdən nümunə götürsünlər, sizin kimi fədakar, cəfakeş və sizin kimi də sədaqətli olsunlar ”. 

 

            “Qadın cəmiyyətin ən hörmətli üzvüdür. Hamı qadının qarşısında baş əyməlidir, hamı qadına hörmət etməlidir. Mən bütün həyatım boyu qadına hörmət etmişəm və cəmiyyətimizi, millətimizi, xalqımızı qadına hörmət etməyə dəvət etmişəm ”.

 

            “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır”.

 

            “Azərbaycan qadınları həmişə milli iftixara çevrilən işlər görüblər”.

 

            “Qadınlar insan cəmiyyətinin ən gözəl, ən zəkalı hissəsidir...”.

 

            “Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlara hörmət, qadınlara təşəkkür, qadınlara cansağlığı! ”.

            “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”.

 

            “Bizim ən böyük amalımız qadınlarımızı azad, xoşbəxt, fəal və nikbin, uşaqlarımızı sağlam, gümrah, şən və hər cəhətdən təmin olunmuş görməkdir”.