Details
  • 16 Noyabr 2022

"Qadınlar STEM-də" adlı konfrans keçirilib

Aprelin 20-də Bakıda Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) təşkilatçılığı ilə qadınların STEM (Science - Elm, Technology - Texnologiya, Engineering - Mühəndislik, Math - Riyaziyyat) sahələrində rolunu müzakirə etmək məqsədilə dəyirmi masa keçirilib. Dəyirmi masa iştirakçıları qadınların STEM sahələrində rolunu müzakirə ediblər, bu sahələrdə qadınların iştirakını artırmaq üçün strategiya və imkanları araşdırıblar, həmçinin bu prosesin yerli və milli səviyyələrdə sürətləndirilməsində mühüm rol oynayan əsas amilləri müəyyənləşdiriblər. Dəyirmi masa BMTİP-nin Akselerator Laboratoriyasının həyata keçirdiyi “Qadınlar STEM-də” kampaniyası çərçivəsində təşkil olunub. Kampaniyanın əsas məqsədi maarifləndirmə tədbirləri, vebinarlar və mentorluq proqramı vasitəsilə STEM-də fəaliyyət göstərən insanların müxtəlifliyinə diqqət çəkməkdir. Kampaniyanın hədəfi Azərbaycanda yaşayan gənc xanımları və qızları onların bacarıqlarına tələbatın yüksək olduğu sahələrdən məzun olmağa cəsarətləndirmək və karyera seçiminə gəldikdə onların həmyaşıdları və ailələrinin dəstəyini almasına kömək etməkdir.

Details